İdman

Qurbanov gərginliyə səbəb olan penalti epizodundan danışdı

22 Apr 2026, 22:50 1 baxış
Qurbanov gərginliyə səbəb olan penalti epizodundan danışdı

Mən futbolçu və məşqçi kimi penaltini gördüm. Amma belə məqamlar olur.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


"Penalti epizodu ilə bağlı fikir bildirməyim fərqli alınar. Yaxından görünmürdü. Amma Rəhim müəllim açıqlama verəcək. Epizodun son dəqiqədə olması mübahisəyə səbəb ola bilir. Mən belə məqamlarda fikir bildirəndə fərqli anlaşılır”, - o bildirib.


Qeyd edək ki, matç 2-1 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən, "Sabah" rəqibini 4-3 məğlub edərək kubokun finalına yüksəlib.


Matçın son dəqiqəsində isə “Sabah”ın oyunçusunun əlinə cərimə meydançası daxilində top dəysə də, hakim penalti zərbəsi təyin etməyib və matçı başa çatdırıb. Bundan sonra isə “Qarabağ” üzvləri hakimə kəskin etirazlarını bildiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər