İqtisadiyyat

SOCAR-la Çinin BGP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

22 Apr 2026, 19:10 1 baxış
SOCAR-la Çinin BGP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Aprelin 22-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin BGP şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencunla görüşüb. Oxu.Az bu barədə SOCAR-a istinadən xəbər verir. Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, SOCAR və BGP tərəfindən birgə təsis olunan "Caspian Geo" şirkətinin Xəzər regionunda qabaqcıl texnologiyalar əsasında seysmik tədqiqat işlərinin həyata keçirilməsində aparıcı mövqeyi xüsusi vurğulanıb. Tərəflər cari layihələrin icrasına, əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasına və əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər