İdman

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

22 Apr 2026, 18:54 1 baxış
"Qarabağ"ın oyununa bütün biletlər satıldı

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.


Bakı klubunun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.


Qarşılaşma saat 20:00-da başlayacaq. Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.


Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la cavab matçında qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər