İqtisadiyyat

Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?

22 Apr 2026, 14:48 1 baxış
Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?
Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Müflisləşmə və iflas haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənədə əsasən, borclu maliyyə icarəsi alanın öhdəlikləri üzrə kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə yönəldilə bilməz. Maliyyə icarəsi verən borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektini nəzərdə tutulmuş bildiriş əsasında geri götürə bilər. Əmlak inzibatçısı maliyyə icarəsi verənlə qarşılıqlı razılaşmaya əsasən maliyyə icarəsi ödənişlərinin ümumi dəyərinin maliyyə icarəsi müqaviləsi üzrə ödənilməmiş hissəsinin vaxtından əvvəl ödənilməsi və maliyyə icarəsi obyektinin borclu maliyyə icarəsi alanın mülkiyyətinə keçirilməsi ilə bağlı tədbirlər görə bilər. Borclu maliyyə icarəsi verənin öhdəlikləri üzrə maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə dair kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri yalnız maliyyə icarəsi verənin "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan və maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda tələbləri təmin edilmiş kreditorlara maliyyə icarəsi verənin vəzifələri də keçir.
Mənbə oxu.az

Oxşar Xəbərlər