İqtisadiyyat
Komitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTO
"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Mərkəzi Bank sahibkarlar üçün kreditləri mərkəzləşmiş kredit resursları və monetar siyasət vasitəsilə təqdim edir: "Bu gün sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var. Bunun əsas səbəblərindən biri girov təminatı ilə bağlıdır. Maliyyə icarəsinin bir üstünlüyü də ondan ibarətdir ki, burada girov təminatı tələb olunmur. Sadəcə olaraq maliyyə lizinqinin obyetktinin özü girov kimi çıxış edir. Maliyyə icarəsi bu baxımdan alternativ maliyyələşmə mexanizmi kimi çıxış edir".

Mənbə
oxu.az