İdman
Sergey Rebrov Ukrayna millisi ilə yollarını ayırdı
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi postundan ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Təcrübəli mütəxəssis 2023-cü ilin iyunundan Ukrayna millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2024-cü ildə Avropa çempionatına (AÇ-2024) vəsiqə qazanmışdı. Amma Rebrovun başçılıq etdiyi Ukrayna seçməsi 2026-cı il dünya çempionatına (DÇ-2026) düşə bilməyib.
Mənbə
oxu.az