İdman
"Çelsi"nin start heyəti mediaya necə sızdırılıb?
"Çelsi"nin start heyəti ilə bağlı məlumat klubun oyunçularından biri tərəfindən mediaya sızdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Məlumata görə, "Brayton"la uğursuz oyundan bir neçə saat əvvəl "@Rileyeagles" adlı istifadəçi sosial şəbəkədə belə bir paylaşım edib: "Kol Palmer və Juan Pedro bu gün zədələniblər. Budur eksklüziv". Bu oyunçular həqiqətən də "Brayton"la oyunu buraxıblar. Özəl məlumatı paylaşan şəxsin "Çelsi"nin müdafiəçisi Mark Kukurellanın bərbəri olduğu iddia edilir. O, uzun saçların və elektrikli ülgücün şəklini paylaşaraq buna eyham vurub. Xəbərdə bildirilir ki, oxşar sızmalar komandanın PSJ ilə UEFA Çempionlar Liqasındakı vacib oyunları zamanı da baş verib. Bundan sonra komanda daxilində qalmaqal yaşandığı barədə məlumatlar yayılmışdı. Qeyd edək ki, "Çelsi" PSJ ilə oyunlarda, eləcə də dünən "Brayton"la matçda (0:3) məğlub olub.
Mənbə
oxu.az