İdman

Azərbaycan Kuboku: "Sabah" və "Qarabağ" həlledici duelə çıxırlar

22 Apr 2026, 08:00 1 baxış
Azərbaycan Kuboku: "Sabah" və "Qarabağ" həlledici duelə çıxırlar
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilir. Oxu.Az xəbər verir ki, mərhələnin növbəti qarşılaşmasında bu gün "Sabah" "Qarabağ"ı qəbul edəcək. Oyun "Bank Respublika Arena"da saat 20:00-da start götürəcək. Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan Kuboku Yarımfinal, cavab oyunları 22 aprel 20:00. "Sabah" - "Qarabağ" (ilk oyun 2:2) Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu. VAR: Kamranbəy Rəhimov. AVAR: Rəhman İmami. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Eldəniz Musayev. "Bank Respublika Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər