İdman
Ata və oğul Kriştianu Ronaldu eyni klubda oynaya bilər
"Ən-Nəsr" komandasının kapitanı Kriştianu Ronaldunun 16 yaşlı oğlu kiçik Kriştianu Ronaldu növbəti mövsümdən etibarən əsas komandanın heyətinə daxil edilməsi imkanlarını nəzərdən keçirir. Oxu.Az bu barədə "Alweeamnews" nəşrinə istinadən xəbər verir. İyun ayında Portuqaliya gənclər yığmasının futbolçusunun 16 yaşı tamam olacaq. "Ən-Nəsr" oyunçunun inkişafını diqqətlə izləyir və onun üçün ən yaxşı yolu axtarır. Mənbənin məlumatına görə, əsas heyətə daxil edilmə ehtimallardan biridir. Xatırladaq ki, ata K.Ronaldu 2023-cü ildən "Ən-Nəsr"də çıxış edir.
Mənbə
oxu.az