İdman
"İnter" İtaliya Kubokunun finalına çıxdı - VİDEO
İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "İnter" evdə "Komo" ilə üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, matç Milan təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2. Tərəflər arasında keçirilmiş ilk görüşdə qolsuz heç-heçə qeydə alındığına görə iki oyunun yekununda "İnter" adını finala yazdırıb. "İnter" finalda "Atalanta" - "Latsio" (ilk oyun - 2:2) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə
oxu.az