İdman
İspaniya La Liqası: "Real Madrid" evdə qələbəyə sevindi - VİDEO
İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Real Madrid" - "Alaves" oyunu keçirilib. Oxu.Az xəbər verir ki, görüş "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 2:1. Matçda qalib komandanın qollarını Kilian Mbappe və Vinisius Junior vurublar. Qonaqlardan isə Toni Martines fərqlənib. Qələbə sayəsində xal ehtiyatını 73-ə yüksəldən Arbeloanın yetirmələri 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 79 xalla "Barselona" başçılıq edir.
Mənbə
oxu.az