İdman

Türkiyəli güləşçi Rıza Kayaalp adını tarixə yazdırdı - VİDEO

22 Apr 2026, 00:42 1 baxış
Türkiyəli güləşçi Rıza Kayaalp adını tarixə yazdırdı - VİDEO
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Rıza Kayaalp 13-cü dəfə qitənin ən güclüsü olub. Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda macarıstanlı rəqibi Darius Atilla Viteki 7:1 hesabı ilə məğlub edib.
R.Kayaalp bu qələbə sayəsində 13-cü dəfə Avropa çempionu adını qazanaraq əfsanəvi rusiyalı güləşçi Aleksandr Karelininin rekordunu yeniləyib. Qeyd edək ki, türkiyəli güləşçi Avropa çempionatında 15 dəfə finala çıxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər