İqtisadiyyat
Pərvanə Vəliyeva: "Riskli müəssisə iş qəzaları ilə üzləşərsə, tender öhdəlikləri üçün risk yaranar"
"İş yerlərində qəzalar baş verən müəssisələrin dövlət satınalmasında iştirakına icazənin verilməməsi təklif olunur". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hesablama Palatasının 2025-ci ilə dair hesabatının müzakirəsi zamanı deyib. O qeyd edib ki, 32 auditdə dövlət satınalmaları üzrə müvafiq hüquqi aktların tələbləri pozulub: "Satınalma proseslərində keyfiyyətlə əlaqəli tələblərin artırılmasına önəm verilməlidir. Hər VÖEN-i olan satınalma prosesində iştirak edə bilməməli, hər daha aşağı qiymət təklifi edən qalib olmamalıdır. Xüsusilə, istehsal və tikinti üzrə layihələrdə iş yerinin risk qiymətləndirilməsi hesabatı tələb oluna bilər. Təklif edirəm ki, iş yerində qəzalar baş verən müəssisələr dövlət satınalmasında iştirak edə bilməsin. Riskli müəssisə iş qəzaları ilə üzləşərsə, tender öhdəlikləri üçün risk yaranar. Əksinə, riskləri aşağı olan, işçilərin dəyəcək zərəri minimuma endirən müəssisələrin satınalma prosesində qabiliyyətinin artırılması məqsədəuyğun olardı".
Mənbə
oxu.az