İdman

AFFA-dan ağır cəzalar: "Qarabağ" və "Sabah" cərimələndi

21 Apr 2026, 12:20 1 baxış
AFFA-dan ağır cəzalar: "Qarabağ" və "Sabah" cərimələndi
AFFA azarkeşlərin qayda pozuntularına görə ölkənin iki aparıcı klubu - "Qarabağ" və "Sabah"ı 5 min manat məbləğində cərimələyib. Oxu.Az xəbər verir ki, müvafiq cəza tədbirləri AFFA İntizam Komitəsinin növbəti iclasında rəsmiləşib. Misli Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutan "Qarabağ" - "Sabah" mərkəzi qarşılaşmasında hər iki komandanın tərəfdarlarının meydana daxil olması klublara baha başa gəlib. Cari mövsüm ərzində eyni halın artıq ikinci dəfə təkrarlanması səbəbindən həm "Qarabağ", həm də "Sabah" 5 000 manat məbləğində maliyyə sanksiyasına məruz qalıb. Abşeron təmsilçisi "Sabah"ın cəzaları bununla bitməyib. Komandanın altı futbolçusunun sarı vərəqə ilə cəzalandırılması kluba əlavə 700 manatlıq cərimə gətirib. Ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Abdulla Xaybullayev ikioyunluq diskvalifikasiya edilib ki, bu da "Sabah"ın büdcəsindən daha 1 000 manatın silinməsi ilə nəticələnib. "Araz-Naxçıvan" - "Turan Tovuz" matçı da oxşar insidentlərlə yadda qalıb. Kənar şəxslərin meydana daxil olması bu mövsüm ikinci dəfə qeydə alındığı üçün ev sahibi komanda 5 000 manat cərimələnib. Həmin qarşılaşmada beş futbolçusu sarı vərəqə alan qonaq "Turan Tovuz" klubu isə 700 manat cərimə ödəməli olacaq. "Karvan-Yevlax" - "Şamaxı" görüşündə isə fərqli qayda pozuntusu qeydə alınıb. Mətbuat konfransı otağının tələblərə uyğun qurulmaması və təşkilati-texniki öhdəliklərin yerinə yetirilməməsi Yevlax klubunun 1 000 manat cərimələnməsinə səbəb olub. Turun daha bir cəriməsi "Kəpəz" - "İmişli" matçında rəsmiləşib. Gəncə təmsilçisinin dörd futbolçusunun sarı vərəqə alması kluba 700 manatlıq maliyyə cəzası hesabına başa gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər