İdman

Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır

21 Apr 2026, 12:32 1 baxış
Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır
Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada Avropa çempionatında mübarizəyə başlayacaq. Oxu.Az xəbər verir ki, ikinci yarış günündə Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Qurban Qurbanov (82 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) fəxri kürsüyə yüksəlmək üçün mübarizə aparacaqlar. Günün digər qarşılaşmalarında isə Rəşad Məmmədov (55 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) bürünc medal uğrunda həlledici görüşlərə çıxacaqlar. Xatırladaq ki, aprelin 26-dək davam edəcək bu mötəbər Avropa çempionatında Azərbaycan ümumilikdə 25 idmançı ilə təmsil olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər