İdman

Azərbaycan Kubokunda ilk finalçının adı bəlli olur: "Zirə", yoxsa "Turan Tovuz"?

21 Apr 2026, 09:00 1 baxış
Azərbaycan Kubokunda ilk finalçının adı bəlli olur: "Zirə", yoxsa "Turan Tovuz"?
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Oxu.Az xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında bu gün "Zirə" "Turan Tovuz"u qəbul edəcək. Oyun Zirə İdman Kompleksinin stadionunda saat 19:00-da start götürəcək. Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşma "Zirə" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu mərhələnin digər matçında sabah "Qarabağ" səfərdə "Sabah"la üz-üzə gələcək. Azərbaycan Kuboku Yarımfinal, cavab oyunları 21 aprel 19:00. "Zirə" - "Turan Tovuz" (ilk oyun 2:0) Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov. VAR: Rauf Cabarov. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Seymur Səlimli. Zirə İdman Kompleksinin stadionu
Mənbə oxu.az

Oxşar Xəbərlər