İdman
Yurgen Klinsmanın oğlu matç zamanı boynunu sındırıb
Sabiq almaniyalı futbolçu və məşqçi Yurgen Klinsmanın oğlu, "Çezena" klubunun amerikalı qapıçısı, Conatan Klinsman İtaliya B Seriyasının 35-ci turunda "Palermo"ya qarşı oyunda (0:2) boyun fəqərəsini sındırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. ABŞ millisində yer almağa namizəd olan qapıçı oyunun son dəqiqələrində rəqib futbolçu ilə toqquşmadan sonra xərəkdə meydandan çıxarılıb. O, xəstəxanaya çatdırılıb və müayinələr nəticəsində baş nahiyəsində zədə ilə yanaşı, birinci boyun fəqərəsinin sınığı aşkarlanıb. Qeyd edək ki, 35 turdan sonra İtaliya B Seriyasında "Çezena" 44 xalla turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.
Mənbə
oxu.az