İdman
İngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşdi
"Vulverhempton" 2025/26 mövsümünün nəticələrinə əsasən, İngiltərə Premyer Liqasında yerini qoruyub saxlamaq şansını itirib. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, 33-cü turun son matçında "Vest Hem" "Kristal Pelas"la heç-heçə (0:0) oynayıb və bundan sonra "Vulverhempton"un düşmə zonasını tərk etmək imkanı qalmayıb. Rob Edvardsın komandası 17 xalla turnir cədvəlində sonuncu, 20-ci yerdə qərarlaşıb.
Mənbə
oxu.az