Cəmiyyət
İcra başçısından yeni təyinatlar - FOTO
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub. Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, bu barədə rayonun icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar İsaq oğlu Hüseynov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin edilib. Həmid Rauf oğlu Nəsirov isə Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinə gətirilib.
Mənbə
oxu.az