Şou biznes
Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu
Amerikalı reper P.Diddi (Şon Kombs) Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasında başqa bir məhbusla dava zamanı başından xəsarət alıb. Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, bu barədə islah müəssisəsindəki mənbələr məlumat veriblər. Mənbələrin məlumatına görə, oktyabrın 9-da Kombsla yamaykalı narkobaron Kristofer Kouk arasında münaqişə yaranıb. Dava "NBC News"un reperin imtiyazlı şəraitdə saxlanılması barədə dərc etdiyi materialdan narazılıq səbəbindən baş verib. Material dərc olunduqdan sonra həbsxana rəhbərliyi ən azı iki yoxlama aparıb və Kouk da daxil olmaqla, məhbusların mobil telefonlarını müsadirə edib. Kouk 2012-ci ildən 23 illik həbs cəzasını çəkir və mənbələrin məlumatına görə, məhbuslar arasında əhəmiyyətli nüfuza malikdir. Yoxlamalardan sonra imtiyazlarını itirməsi onu ciddi şəkildə narazı salıb. Dava Kombs intizam təcridxanasından gündəlik fasilə üçün buraxılarkən baş verib. Toqquşma nəticəsində P.Diddi başından xəsarəti alıb. O, şənbə günü gecə saatlarında təcili tibbi yardım maşını ilə həbsxanadan aparılıb. Mənbələrin məlumatına görə, reper huşunu itirməyib, danışa bilib və aldığı xəsarət həyatı üçün təhlükə yaratmayıb. Səhırı yaxın o, yenidən həbsxanaya qaytarılıb. Dava baş verdikdən sonra hər iki iştirakçı iki həftəlik intizam təcridxanasına yerləşdirilib.
Mənbə
oxu.az