Dünya

ABŞ ordusu Karib dənizində narkotik daşıyan kateri məhv etdi: Ölənlər var - VİDEO

20 Apr 2026, 08:46 1 baxış
ABŞ ordusu Karib dənizində narkotik daşıyan kateri məhv etdi: Ölənlər var - VİDEO
ABŞ ordusu Karib dənizində narkotik maddələrin alverində şübhəli bilinən kateri vurub. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" hesabında paylaşım edib. Bildirilib ki, insident nəticəsində üç nəfər ölüb.
"Cənub Komandanlığının rəhbəri Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu tərəfindən 19 aprel tarixində kateri məhvedici zərbə endirilib. Kəşfiyyat orqanları həmin su nəqliyyat vasitəsinin Karib dənizindəki tanınmış narkotik qaçaqmalçılığı yolları ilə hərəkət etdiyini və narkotrafik üçün tətbiq olunduğunu təsdiqləyib", - deyə açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər