İsrail Suriyanı vurdu: ABŞ-dan çağırış…
İsrailin “Əbu əl-Duhur” hava bazasına etdiyi hava hücumlarının regional sabitliyi inkişaf etdirməyən lazımsız eskalasiya təşkil etməsindən dərin narahatlıq duyuruq.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak özünün X səhifəsində yazıb.
“Suriyanın Prezidenti Əhməd əş-Şara hökuməti nə yırtıcı mövqe tutub, nə də proksi qüvvələrini saxlayıb. Əksinə, o, İsraillə gərginliyin azaldılmasına üstünlük verdiyini dəfələrlə bildirib.
ABŞ keçmişdə olduğu kimi, bundan sonra da hər iki ölkəni hərbi qarşıdurma əvəzinə, diplomatik dialoqa təşviq etmək məqsədilə müzakirələrə ev sahibliyi etməyə davam edəcək.
ABŞ hələ də hesab edir ki, təmkin və qarşılıqlı dialoq daha konstruktiv yoldur. Bütün tərəfləri gələcək hərbi insidentlərə yol vermək əvəzinə məntiqli və konstruktiv dialoqa üstünlük verməyə çağırırıq”, - o bildirib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətindəki "Əbu-əl-Duhur" hərbi aviabazasına zərbələr endirib.