Dünya
Sakit okeanda güclü zəlzələ baş verib
Sakit okeanda, Samoa sahillərində 6.2 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Samoanın paytaxtı Apia şəhərindən 201 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az