Dünya
Sirkdə qorxulu anlar: Pələng tamaşa zamanı insanların arasına atıldı - VİDEO
Rusiyanın Rostov şəhərində yerləşən səyyar sirkdə çıxış zamanı pələng manejdən tamaşaçıların olduğu zala atılıb. Oxu.Az 161.ru-ya istinadən xəbər verir ki, manejdə qoruyucu torun bərkidildiyi konstruksiya aşdıqdan sonra heyvan hasardan kənara çıxaraq ön sıralara tullanıb. Oradan isə, görünür, özü də qorxaraq arxadakı boş sıralara keçib. Hadisə zamanı arenada üç pələng və iki təlimçi olub. Torun aşması ilə heyvanlar təşvişə düşərək ora-bura qaçmağa başlayıb, onlardan biri isə maneəni aşaraq tamaşaçıların olduğu hissəyə yönəlib. Qısa müddətdən sonra tor yenidən qaldırılıb.
Pələng əvvəlcə çadırdan çıxaraq küçəyə qaçsa da, qısa müddət sonra geri qayıdıb və təlimçilər tərəfindən qəfəsə salınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Pələng əvvəlcə çadırdan çıxaraq küçəyə qaçsa da, qısa müddət sonra geri qayıdıb və təlimçilər tərəfindən qəfəsə salınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az