Kriminal

Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı

19 Apr 2026, 20:29 1 baxış
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkarlanıb.


Axar.az Bizim Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.


Məlumata görə, kənd sakini, 2003-cü il təvəllüdlü Riyad Xəlil oğlu İbadovun meyiti yaşadığı evin həyətində yerləşən köməkçi tikilidə bu gün səhər saatlarında tapılıb.


Bildirilib ki, R. İbadov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub və təxminən iki ay əvvəl ordudan tərxis edilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər