İdman

"Qarabağ"ın hücumçusu millinin oyununda zədələndi

29 Sep 2026, 08:40 3 baxış
"Qarabağ"ın hücumçusu millinin oyununda zədələndi
"Qarabağ"ın futbolçusu Renaldo Sefas Yamayka millisinin oyununda zədələnib. Oxu.Az xəbər verir ki, o, CONCACAF Millətlər Liqasının qrup mərhələsində Honduras ilə keçirilən oyunun 12-ci dəqiqəsində topsuz vəziyyətdə dizindən zədə alıb. Yamayka millisinin baş məşqçisi Rufold Spid bu səbəbdən məcburi əvəzetmə edib. Qeyd edək ki, qarşılaşma Honduras millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, Sefas iki gün əvvəl Qvatemala ilə keçirilən oyunun son dəqiqələrində komandasına qələbə gətirən qolun müəllifi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər