Digər
Rusiya Şimali Koreyadan daha 10 min hərbçi cəlb edir
Rusiya Şimali Koreyadan 10 min hərbçi cəlb etməyi planlaşdırır. Ukrayna kəşfiyyatının məlumatına görə, artıq 8 mindən çox Şimali Koreya əsgəri Rusiya ərazisindədir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Prezidentin sözlərinə görə, Rusiya faktiki olaraq əlavə səfərbərliyə başlayıb və müxtəlif vasitələrlə cəlb etdiyi insanların sayını artırır.
Mənbə
axar.az