Dünya
Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib
ABŞ Prezidenti Donald Tramp aprelin 19-da gecə saatlarında "Truth Social" sosial şəbəkəsində cəmi bir saat ərzində 32 paylaşım edib. Oxu.Az vesti.ru-ya istinadən xəbər verir ki, paylaşımlar seriyası demək olar ki, fasiləsiz olaraq yerli vaxtla saat 04:07-dən 04:59-dək (Bakı vaxtı ilə saat 12:07 - 13:59 -red.) dövründə yerləşdirilib. İlk post Yaxın Şərqdə münaqişənin eskalasiyası mövzusuna həsr olunub. D.Tramp ilk paylaşımında bəyan edib ki, İsrail böhran vəziyyətində digər ölkələrdən fərqli olaraq ABŞ-nin etibarlı müttəfiqi olduğunu göstərib.
Mənbə
oxu.az