Dünya

Tramp: "ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yollanırlar"

19 Apr 2026, 17:14 1 baxış
Tramp: "ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yollanırlar"
"ABŞ nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün aprelin 20-də Pakistana gedəcək". Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" patformasında yazıb. "Mənim nümayəndələrim İslamabada, Pakistana yola düşürlər, onlar danışıqlar aparmaq üçün sabah axşam orada olacaqlar", - deyə o bildirib. "The New York Post" nəşrinin məlumatına görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İslamabadda İranla danışıqların yeni raundunda ABŞ-ni təmsil edəcəklər, vitse-prezident Cey. Di. Vens isə getməyəcək. Öz növbəsində, "ABC News" telekanalının aparıcısı Conatan Karl bəyan edir ki, Cey. Di. Vens danışıqlarda Amerika nümayəndə heyətinə yenidən rəhbərlik edəcək. "ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts mənə bildirdi ki, vitse-prezident Cey. Di. Vens İslamabadda İranla keçiriləcək danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq edəcək", - deyə o, özünün "X" səhifəsində yazıb. ABŞ-İran danışıqlarının ilk mərhələsi aprelin 11-də İslamabadda baş tutmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər