Dünya

ABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı

19 Apr 2026, 15:24 1 baxış
ABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı
"ABŞ-nin blokadası nəticəsində İranın dəniz yolu ilə ticarəti tamamilə dayanıb". Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlıq bildirib ki, İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatının bloklanması davam edir. Hərbçilər vurğulayıblar ki, hesablamalara əsasən, İran iqtisadiyyatının 90 faizi beynəlxalq dəniz ticarəti ilə təmin olunur. CENTCOM-un məlumatına görə, blokada başlayandan bəri artıq 23 gəmi Amerika qüvvələrinin geri dönmək və İrana qayıtmaq barədə göstərişini yerinə yetirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər