Dünya

Ukrayna dünyada ilk dəfə "Şahed" dronunu suüstü platformadan vurdu - VİDEO

19 Apr 2026, 15:00 1 baxış
Ukrayna dünyada ilk dəfə "Şahed" dronunu suüstü platformadan vurdu - VİDEO
Pilotsuz suüstü platformadan buraxılan drontutucu dünyada ilk dəfə "Şahed" tipli pilotsuz uçuş aparatını (PUA) vurub. Oxu.Az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri məlumat yayıb. "Pilotsuz Sistemlər Qüvvələrinin 412-ci "Nemesis" briqadasının tərkibində olan pilotsuz suüstü komplekslər divizionunun operatorları dəniz əməliyyat zonasında döyüş tapşırıqları yerinə yetirirlər. Məhz bu bölmə pilotsuz suüstü platformadan buraxılan drontutucu vasitəsilə "Şahed" tipli zərbə PUA-sını uğurla zərərsizləşdirilməsini həyata keçirib", - deyə məlumatda bildirilir.
Hərbçilər vurğulayıblar ki, bu, dəniz və hava pilotsuz aparatlarının imkanlarının inteqrasiyasının yeni səviyyəsidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər