Dünya

Keşiş DJ Argentinada konsert verdi - VİDEO

19 Apr 2026, 12:48 1 baxış
Keşiş DJ Argentinada konsert verdi - VİDEO
Portuqaliyalı keşiş DJ Gilyerme Peyşotun mərhum Roma Papası Fransiskin xatirəsi üçün verdiyi konsertə minlərlə insan toplaşıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, səhnə hökumət sarayı və Xorxe Mario Berqolyonun 2013-cü ilin martında papalıq taxtına seçilməzdən əvvəl ibadət etdiyi Buenos-Ayres kafedralının qarşısındakı meydanda qurulub.
G.Peyşot dua fraqmentləri və kilsə melodiyalarının olduğu elektron musiqi ilə çıxış edib. Tədbir üçün ayrılmış meydanın bütün hissəsi və yaxın küçələr insanlarla dolub. Xatırladaq ki, Papa Fransisk 2025-ci il aprelin 21-də 88 yaşında vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər