Dünya

KİV: "Meta" təxminən 8000 əməkdaşı ixtisar edəcək

19 Apr 2026, 06:18 1 baxış
KİV: "Meta" təxminən 8000 əməkdaşı ixtisar edəcək
"Meta" şirkəti mayın 20-də genişmiqyaslı ixtisarlar həyata keçirmək niyyətindədir. İlin ikinci yarısında isə daha çox ixtisarlar olacaq. Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib. Qeyd olunub ki, birinci mərhələ işçi qüvvəsinin təxminən 10%-ni və ya təxminən 8 000 işçinin ixtisarını edəcək. Əlavə ixtisarların təfərrüatı hələlik dəqiqləşdirilməyib - rəhbərlik süni intellekt texnologiyalarının inkişafından asılı olaraq planları dəyişə bilər. Şirkət planlaşdırılan ixtisarların vaxtı və miqyası barədə şərh verməkdən imtina edib. "Reuters"in məlumatına görə, hər iki ixtisar dalğası "Meta"nın süni intellektdən istifadə etməklə səmərəliliyi artırmaqla əlaqədardır. Hazırkı dəyişikliklər çərçivəsində "Meta" artıq mühəndislərinin bir qismini avtonom süni intellekt agentlərinin yaradılmasına yönəlmiş yeni "Tətbiqi süni intellekt" bölməsinə keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər