Kriminal

Faciəvi hadisə: Futbol oynayarkən halı pisləşən gənc öldü

18 Apr 2026, 22:25 1 baxış
Faciəvi hadisə: Futbol oynayarkən halı pisləşən gənc öldü

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.


Belə ki, 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Əliyev futbol oynayarkən qəfil halı pisləşib. Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər