Dünya
Çexiyada silah zavodunu yandırmaqda ittiham olunan altı nəfər həbs olundu
Çexiyada silah zavodunun yandırılması işi üzrə altı nəfər həbs olunub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, məhkəmə Slovakiyadan ekstradisiya edilən və Pardubitse şəhərində yerləşən "LPP Holding" şirkətinə məxsus zavodu yandırmaqda ittiham olunlardan biri ABŞ vətəndaşıdır. Məlumata görə, iş üzrə digər həbs olunanlar Çexiya vətəndaşları və əcnəbilərdir. Onlara terror maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, yanğın martın 20-də Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən "LPP Holding" sənaye kompleksinin ərazisində baş verib. Yanğın nəticəsində sexlərdən biri məhv olub, inzibati bina zərər görüb. Zərərin onmilyonlarla avro olduğu bildirilir. İş üzrə doqquz şübhəli saxlanılıb, onlardan altısı məhkəmə qərarı ilə həbs edilib. "LPP Holding" ərazisində baş verən yanğına görə məsuliyyəti əvvəllər məlum olmayan "The Earthquake Faction" adlı qrup üzərinə götürüb. Qruplaşma İsrail üçün silah istehsal edən müəssisələrə hücum edəcəyini bildirib.
Mənbə
oxu.az