Kriminal

Xırdalanda doqquz yaşlı uşağı maşın vurdu

18 Apr 2026, 20:30 1 baxış
Xırdalanda doqquz yaşlı uşağı maşın vurdu
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin 27-ci məhəllə ərazisində baş verib. İlkin məlumata görə, yolu keçmək istəyən 9 yaşlı piyada "Toyota" markalı minik avtomobili tərəfindən vurulub. Ağır xəsarət alan azyaşlı dərhal tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər