Dünya

ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər? - FOTO

18 Apr 2026, 17:22 1 baxış
ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər? - FOTO
Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatları təkzib edib. Oxu.Az xəbər verir ki, bu barədə hərb naziri "X" hesabında bildirib. Qeyd edib ki, bu informasiya həqiqətə uyğun deyil. Heqsetin sözlərinə görə, logistik məlumatların yoxlanışı "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin və "Tripoli" desant gəmisinin ərzaqla tam təmin edildiyini göstərib. "Hər ikisinin 30 gündən çox müddətə bəs edəcək birinci kateqoriyalı təminatı - ərzağı mövcuddur", - deyə o bildirib. Xatırladaq ki, ötən gün "USA Today" portalı hərbçilərin qohumlarına istinadla məlumat yaymışdı ki, Fars körfəzi sularındakı gəmilərdəki qida ehtiyatları tükənmək üzrədir: təzə meyvə və tərəvəzlər yoxdur, porsiyalar kiçildilib, menyu isə əsasən, emal edilmiş məhsullardan ibarətdir.
ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər