Dünya
Tehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək
İran hələ ABŞ ilə növbəti danışıqlar raunduna razılıq verməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Trampın İrana qarşı dəniz blokadası elan etməsi və həddindən artıq tələbləri səbəbindən İran hələ də növbəti danışıqlar raunduna razılıq verməyib. "ABŞ-nin həddindən artıq tələb qoymaması danışıqların davam etdirilməsinin əsas şərtidir, əks halda İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək", - deyə açıqlama qeyd olunub. Məlumata görə, İranın bəyanatını ABŞ rəsmilərinə Pakistan vasitəçisi çatdırıb.
Mənbə
oxu.az