Dünya

NATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmır

18 Apr 2026, 14:02 1 baxış
NATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmır
NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantika Alyansı Təşkilatını həqiqətən tərk edə biləcəyinə şübhə ilə yanaşır. Oxu.Az xəbər verir ki, o bu barədə "Welt am Sonntag" nəşrinə müsahibəsində bildirib. "ABŞ-nin NATO-dan çıxacağını düşünmürəm", - Rütte qeyd edib. Bununla yanaşı, o, Ağ Ev rəhbəri Donald Trampın bəzi alyans üzvlərinə görə məyus olduğunu inkar etməyib və bu hissi bölüşdüyünü vurğulayıb. Söhbət zamanı Rütte, həmçinin bildirib ki, hazırda dünyaya daha güclü NATO-nun tərkibində daha güclü Avropa lazımdır. Bu baxımdan, o, Almaniyanın bir çox müttəfiqlərə nümunə olduğunu diqqətə çatdırıb. Xatırladaq ki, D.Tramp əvvəllər Yaxın Şərq məsələsinə görə NATO-dan ona zəng edilərək kömək təklif olunduğunu, ancaq onlara bu məsələdən uzaq durmağı dediyini bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər