Kriminal

Şirvanda narkotik satan 5 nəfər TUTULDU

18 Apr 2026, 12:14 1 baxış
Şirvanda narkotik satan 5 nəfər TUTULDU
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb. Oxu.Az-ın məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar. Adıçəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər