Dünya

Alyaskada ayı iki hərbçiyə hücum edib

18 Apr 2026, 10:32 1 baxış
Alyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb. Oxu.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə aprel ayının 16-da hərbi bazaya aid Arktik-Velli ərazisində səmtləşmə təlimləri həyata keçirilərkən qeydə alınıb. Hərbçilər heyvanın hücumundan qorunmaq və özlərini müdafiə etmək üçün bibər qazı tətbiq ediblər. Yaralanan hərbi qulluqçuların hazırda səhhəti haqqında hələlik dəqiq bir məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər