Kriminal

Neftçalada QƏZA: Piyada ölüb, sürücü hadisə yerindən qaçıb

18 Apr 2026, 09:02 1 baxış
Neftçalada QƏZA: Piyada ölüb, sürücü hadisə yerindən qaçıb
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1941-ci il təvəllüdlü Vahid Nüsrət oğlu Həsənov yolu keçən zaman avtomobil onu vuraraq öldürüb. Sürücünün hadisə yerindən yayındığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər