Dünya

İran XİN: "Zənginləşdirilmiş uran bizim üçün ölkə torpağı qədər müqəddəsdir"

18 Apr 2026, 01:24 1 baxış
İran XİN: "Zənginləşdirilmiş uran bizim üçün ölkə torpağı qədər müqəddəsdir"
"İran zənginləşdirilmiş uranı digər ölkələrə təhvil vermək niyyətində deyil". Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran XİN-in nümayəndəsi İsmayıl Bəqai bildirib. ABŞ Prezidenti Donald Tramp iddia edirdi ki, İran uranın zənginləşdirilməsini dayandırmağa və hücumlar zamanı zədələnmiş obyektlərdəki yüksək dərəcədə zənginləşdirilmiş uranın bir hissəsini Birləşmiş Ştatlara təhvil verməyə razılaşıb. "Zənginləşdirilmiş uran bizim üçün İran torpağı qədər müqəddəsdir və heç bir halda, heç bir yerə təhvil verilməyəcək", - deyə Bəqai bildirib. Onun sözlərinə görə, İran və ABŞ aprelin 21-də müddəti bitən atəşkəsin uzadılmasını hələlik müzakirə etməyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər