Dünya
ABŞ-də hava limanına Trampın adı verildi
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Palm-Biç Beynəlxalq Hava Limanının Prezident Donald Trampın şərəfinə adlandırılması barədə qanun layihəsini imzalayıb. Oxu.Az bildirir ki, bu barədə Ağ Evin rəhbəri özünün "Truth Social" səhifəsində yazıb. Qeyd edilir ki, müvafiq qərar 1 iyul 2026-cı il tarixində qüvvəyə minəcək. Hava limanının yeni adı Prezident Donald Tramp adına Beynəlxalq Hava Limanı olacaq.
Mənbə
oxu.az