Dünya

ABŞ prezidentindən sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"

18 Apr 2026, 01:58 1 baxış
ABŞ prezidentindən sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"
"İran Livanın "Hizbullah" və Fələstinin HƏMAS qruplaşmasını dəstəkləməyi dayandırmağa razılıq verib". Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "CBS News" telekanalına telefonla verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, İran hər şeyə, o cümlədən zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına da razılıq verib. "Bizim adamlarımız iranlılarla birlikdə buna nail olmaq üçün birgə işləyəcəklər. Daha sonra biz bunu Birləşmiş Ştatlara aparacağıq", - deyə Tramp əlavə edib. Telekanalın jurnalisti Trampdan ABŞ və İran arasında sazişin elan edilmə vaxtını soruşub. O cavab verib ki, ölkələrin nümayəndələri arasında görüş aprelin 18 və 19-da planlaşdırılıb. Tramp ABŞ öz məqsədinə çatana qədər dəniz blokadasını davam etdirəcəyini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər