Dünya

Pakistan XİN başçısı: "ABŞ və İran arasında razılaşma üzrə işin 80 faizi görülüb"

18 Apr 2026, 00:56 1 baxış
Pakistan XİN başçısı: "ABŞ və İran arasında razılaşma üzrə işin 80 faizi görülüb"
Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ və İran arasında atəşkəs haqqında yekun razılaşmanın bağlanması üzrə işin 80%-nin artıq görüldüyünü, lakin indi tərəflərin çeviklik nümayiş etdirməli olduğunu bildirib. Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir. İ.Dar danışıqlarda vasitəçi rolunu oynayan Pakistanın tərəflərin hərtərəfli saziş bağlaya bilməsi üçün bundan sonra da bütün gücünü səfərbər edəcəyini vurğulayıb. Bununla yanaşı, pakistanlı mənbə "Əl-Cəzirə" telekanalına atəşkəs sazişinin bağlanması üçün hələ çox iş görülməli olduğunu, lakin İslamabadın müsbət nəticəyə ümid etdiyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər