İqtisadiyyat

Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır

17 Apr 2026, 11:50 1 baxış
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
İranla bağlı gərginlik və enerji resurslarının bahalaşması fonunda Almaniya 2026-cı il üçün ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 1 faizdən 0.5 faizə salmağa hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Vurğulanıb ki, gözləntilərin aşağı düşməsi Avropanın aparıcı iqtisadiyyatını ardıcıl dördüncü il durğunluğa sürükləyə bilər. İqtisadçıların xəbərdarlığına görə, davamlı qeyri-müəyyənlik və yüksək enerji məsrəfləri səbəbindən 2026-cı il Almaniya iqtisadiyyatı üçün "itirilmiş" dövrə çevrilmək riski daşıyır. Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts bundan əvvəl münaqişənin təsirlərinin uzun müddət davam edəcəyini vurğulayıb. Almaniyanın əmək naziri Berbel Bas isə şirkətlər və istehlakçılar üçün nəzərdə tutulan yanacaq vergi güzəştlərinin ümumi məbləğinin təqribən 1.6 milyard avroya çatacağını qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər