Siyasət

ABŞ İranı sıxışdırır, Tehran isə geri çəkilmir - VİDEO

17 Apr 2026, 01:48 1 baxış
ABŞ İranı sıxışdırır, Tehran isə geri çəkilmir - VİDEO
Yaxın Şərqdə gərginlik azalmır, sadəcə forması dəyişir. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, ABŞ və İran arasında elan olunan atəşkəs fonunda tərəflərin ritorikası göstərir ki, bu, münaqişənin sonu yox, əslində daha mürəkkəb mərhələsinin başlanğıcıdır.
Vaşinqtonda hesab edirlər ki, hərbi və iqtisadi təzyiqlər nəticə verib. Donald Tramp Administrasiyası İranda hakimiyyətin zəiflədiyini və Tehranın müəyyən şərtlərlə razılaşmağa məcbur qaldığını düşünür. Xüsusilə blokada strategiyası və Hörmüz boğazına nəzarət cəhdləri İran iqtisadiyyatını sıxışdıran əsas alət kimi təqdim olunur. Lakin Tehran bu yanaşmanı rədd edir. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf sərt mesajla çıxış edərək bildirib ki, nə müharibədə, nə də atəşkəs dövründə İran və onun müttəfiqləri geri çəkilməyəcək. Onun sözlərinə görə, Livan və ümumilikdə "Müqavimət oxu" atəşkəsin ayrılmaz hissəsidir və bu məsələ danışıqların əsas şərtlərindən biridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər