Siyasət
Vaşinqton Pekinə güzəştə gedir? - VİDEO
"İran və Hörmüz boğazındakı bu gərgin vəziyyəti Çindən başqa həll edə biləcək bir tərəf təsəvvür etmək çox çətindir". Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançesin bu fikri aprelin 14-də Çində səfərdə olarkən dilə gətirməsi sadəcə diplomatik gediş kimi qəbul edilirdi. Lakin bundan bir gün sonra ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bəyan etdi ki, Hörmüz boğazını blokadadan çıxarıb və əlavə etdi ki, Çin onun Hörmüz boğazını həmişəlik açmasından çox məmnundur.
Bundan sonra diqqətlər İspaniyanın baş nazirinə yönəldi. Doğrudanmı Çin Hörmüzün açarına sahibdir ki, Tramp da Pekinə görə boğaz açır? Deməli belə çıxır ki, Donald Trampın "Çinə görə Hörmüz boğazını açıram" deməsi əslində səfərə qədər hər iki ölkənin eyni mövqedən çıxış etməsinə razılıq almasıdır. Həm də Pekinə bir jest də ola bilər. Yəni mən addım atıram, sən də addım at. Çünki Çin və Rusiyanın İrana silah və ABŞ ordusunun mövqeləri ilə bağlı peyk məlumatları ötürməsi barədə məlumatlar var.

Mənbə
oxu.az