Siyasət

ABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - VİDEO

17 Apr 2026, 00:00 1 baxış
ABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - VİDEO
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub. Səfər çərçivəsində liman rəsmiləri ilə görüş keçirilib və ərazi ilə yaxından tanışlıq baş tutub. Səfərin məqsədi və ikitərəfli əlaqələrin perspektivləri barədə danışan Emi Karlon Baku TV-yə bildirib:
"Səfərimizin məqsədi ölkələrimiz arasındakı strateji tərəfdaşlığın necə həyata keçiriləcəyini dəqiq müəyyənləşdirməkdir. Bu tərəfdaşlıq sazişi vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyev tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində biz ABŞ şirkətlərinin qarşılıqlı maraq doğuran layihələrə investisiya qoyması üçün yollar axtarırıq. Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə dünyanın qalan hissəsi ilə birləşdirəcək bu ticarət marşrutunun inkişafını dəstəkləməyə çalışırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər